İrəvan Cənubi Qafqazdakı əməkdaşlıqdan niyə qorxur? 

SİYASƏT
16:17 / 04.02.2021
2170

Rusiya yalnız Cənubi Qafqazdakı çoxtərəfli əməkdaşlıq layihələrinə iştirakı olmadığı təqdirdə buna qarşı ola bilər.

Bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi, Qətər Universitetinin Körfəz Ölkələri Araşdırmaları Mərkəzinin dosenti Nikolay Kojanov Media.Az-a Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası nəqliyyat şəbəkəsində tam hüquqlu iştirakçıdır.

“Bəli, bu nəqliyyat dəhlizləri Cənubi Qafqazdan keçəcək və ehtimal ki, Rusiya Federasiyasından müəyyən yük axınını geri çəkəcək. Ancaq kifayət qədər obyektiv iqtisadi səbəblərə görə Rusiyanın qoşulması ölkəyə əlavə imkanlar verir”, - deyə ekspert izah edib.

Kojanov belə bir nəqliyyat dəhlizinin son formalaşmasına qədər çox vaxt keçəcəyini də nəzərə almağın zəruriliyini vurğulayıb:

“Bu səbəbdən bu layihənin vəd etdiyi təhdidlər və ya qazanclar haqqında danışmaq hələ tezdir. İndi fərqli variantları müzakirə etmək lazımdır”.

Rusiyalı araşdırmaçı, bu məsələnin İrəvan tərəfindən siyasiləşdirildiyini xatırlatdı. O, İrəvanın İranla nəqliyyat axınını öz üzərinə çəkmək cəhdlərini vurğuladı.

“Ancaq yenə də təkrar edim, bu, iqtisadiyyatdan daha çox siyasət idi. Rusiyanın bu layihələrdə iştirakına gəlincə, Moskva həmişə buna qlobal maraq göstərib. Dediyim kimi, Moskva yalnız bu proseslərin iştirakçısı olmadığı təqdirdə əleyhinə ola bilər”, - deyə Kojanov sözlərini yekunlaşdırıb.

0
oxu.az