Yanvarda uşaqlara ən çox bu adlar qoyulub - STATİSTİKA

ÖLKƏ
15:50 / 06.02.2021
1047

2021-ci ilin ilk ayı ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 66 uşağa verilib.

Oğlan adlarında sonrakı yerləri Əli (62), Hüseyn və Yusif (61), Murad (53), Ömər (42), Məhəmməd (41), Tuncay (31), Onur (28 ) və Ayxan (28) tutur.

Son bir ayda yeni doğulan qız uşaqlarına ən çox Zəhra adı verilib (77).

Qızlara ən çox qoyulan digər adlar Aylin (61), Zeynəb (58), Nilay (55), Fatimə (51), Məryəm (51), Nuray (51), Mələk (50), İnci (34) və Mədinədir (33).

0