Bu ölkənin prezident üsul-idarəsinə keçə bilər

21:45 / 12.03.2021
1004

Qırğız Respublikasının prezidenti Sadır Japarov Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsini nəzərdə tutan qanunu təsdiqləyən fərmanı imzalayıb.

“Report” xəbər verir ki, ötən gün ölkənin Ali Məclisi tərəfindən qəbul edilən qanuna əsasən, aprelin 11-də - bazar günü keçiriləcək referenduma “Qırğız Respublikasının Konstitusiyası haqqında” qanun layihəsi çıxarılır.

Layihədə ölkənin dövlət başçısı sayılan prezidentə hökumətin üzvlərini, bölgələrin rəhbərlərini təyin etmək, parlament seçkilərinin tarixini təyin etmək, fövqəladə vəziyyət tətbiq etmək kimi əlavə səlahiyyətlər verilir.

Qeyd edək ki, Qırğız Respublikasının icraedici hakimiyyətində baş nazir üstün mövqeyə malikdir.

0