Şəhidimizin əşyaları Tarix Muzeyinə verildi

18:06 / 13.03.2021
614

Milli Azərbaycan Tarixi Muzeyinə şəhid Vəli Quliyevə məxsus əşyalar təhvil verilib.

HİT.az xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Bildirilib ki, V.Quliyev 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Leytenant Vəli Quliyev 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub, Naxçıvan şəhərində dəfn edilib.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

0