Türkiyədə gündəlik yoluxma sayı 20 mini ötdü

22:59 / 18.03.2021
751

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

HİT.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 81 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 184 min 452 koronavirus testi aparılıb, onlardan 20 min 49-u müsbət çıxıb.

Ağır xəstə sayı 1503-ə yüksəlib.

18 min 615 nəfər müalicəsini tamamlayaraq, koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 770 min 638-ə çatıb.

0