Putin Paşinyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

DÜNYA
20:58 / 26.03.2021
909

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Söhbət əsnasında bölgədəki vəziyyətin sabitləşdiyi bildirilib.

HİT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən qeyd olunub ki, bölgədə vəziyyət sabitləşib və ümumiyyətlə sakit olaraq qalır", - açıqlamada deyilir.

Həmçinin bildirilir ki, tərəflər arasında enerji sektoruna və koronavirus infeksiyasına qarşı mübarizəyə toxunaraq ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparılıb, gələcək əlaqələr razılaşdırılıb.

0