Lavrov Ermənistan XİN başçısı ilə Dağlıq Qarabağdakı bu məsələni müzakirə etdi 

DÜNYA
21:59 / 01.04.2021
1239

Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvada Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşüb. Görüşdə Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi məsələləri müzakirə edib.

Hit.az  xəaəbr verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-nin məlumatında ​​bildirilir:

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib”. 

4