Ermənistanda vəzifəli şəxslər həbs edildi

23:00 / 11.05.2021
2218

Ermənistanın paytaxtı Yerevanın Kentron Rayon İcra Hakimiyyəti başçısının müavini Armen Azizyan və icra hakimiyyətinin şöbə müdiri Manvel Marqaryan həbs ediliblər.

HİT.az xəbər verir ki, bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, buna səbəb hər iki vəzifəli şəxsin davada iştirakıdır.

Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Armen Azizyan Cinayət Məcəlləsinin 309-cu maddəsinə (vəzifə səlahiyyətlərinin aşılması, silah və ya xüsusi vasitələrdən istifadə ilə əlaqəli zorakılıq) əsasən həbs edilib. Hadisənin digər iştirakçısı isə 258-ci maddə (xuliqanlıq, insan sağlamlığına orta ağırlıqlı xəsarət yetirmə) ilə saxlanılıb.

Xatırladaq ki, daha əvvəl yerli mətbuatda Armen Azizyanın tabeliyində olan şəxsi döyməsi barədə məlumat yayılıb.

0