Türkiyədə azərbaycanlıya silahlı basqın edildi - VİDEO

10:13 / 24.06.2021
1055

 

Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.
 
Türkiyə KİV-i xəbər verir ki, Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.

Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.
 
Şübhəlilər hadisə yerindən uzaqlaşıblar. Polis onların axtarışlarını davam etdirir.
 
Silah səslərini eşidən vətəndaşlar hadisə yerinə polis və təcili tibbi tardım çağırıblar. Sürücü xəstəxanaya yerləşdirilib.

 

0
Modern.az