Gömrükdən büdcəyə nə qədər vəsait ödənilib?

İQTİSADİYYAT
21:20 / 10.02.2022
707

Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün sosial media hesabında məlumat verib.

Sədr qeyd edib ki, ilkin məlumata görə 403,95 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da nəzərdə tutulan proqnozdan 83,95 milyon manat artıq deməkdir.

0