Rus hərbçiləri vilayət rəhbərinin oğlunu qaçırdılar

19:40 / 17.04.2022
1260

Zaporojyedə rus hərbçiləri vilayət adminstrasiyasının rəhbəri Oleq Buryakın 16 yaşlı oğlunu qaçırıblar.

Hit.az xəbər verir ki, bu barədə o özü danışıb.

Oleq Buryak bildirib ki, ruslar onun 16 yaşlı oğlunu Vasilyevkadakı keçid məntəqəsində oğurlayıblar. Gənc oğlan Melitopoldan Zaporojyeyə evakuasiya karvanının tərkibində hərəkət edən avtomobili idarə edirdi.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobil üç saat nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Bundan sonra 16 yaşlı oğlandan başqa hamı sərbəst buraxılıb.

4