Bakıda aktrisaya hücum olundu

MAQAZİN
11:03 / 24.05.2022
1527

Aktrisa Mehin Bayramlı şiddətə məruz qalıb. 

Hadisə ötən gün Bakıda baş verib. Naməlum şəxs gənc xanıma yaxınlaşaraq ona hücum edib, üzünə şillə vurub.  

M. Bayramlı onu kənara itələyərək ərazidən qaçıb. Taksiyə minərək evinə gedən aktrisaya anası və qonşuları köməklik göstərib.  

Mehin qonşuları sayəsində sözügedən şəxsi tapıb.  

Aktrisa polisə müraciət edib, narkoman olduğunu iddia edən kişidən şikayətçi olub. Bayramlı daha sonra həmin insanın ana və bacısının üzr istəmək üçün onlara gəldiyini, lakin şikayət ərizəsini geri götürməyəcəyini qeyd edib. //olay.az

0