Xurma insan kimi 9 ay "hamilə" qalırmış

MAQAZİN
10:36 / 28.03.2023
968

Xurma ağacı adı müqəddəs kitablarda adı dəfələrlə çəkilən çox qiymətli və möcüzəvi bitkidir.

Hit.az xurma ağacı barədə maraqlı faktları təqdim edir.

1ədəd xurma yemək bizim gündəlik vitamin ehtiyacımızı ödəməyə yetir. Mütəxəssislərin araşdırmaları göstərib ki, hamilə qadın doğumdan öncə bir neçə gün xurma yeyərsə, bu onun doğuş sancılarını azaldır.
Xurma ağacının gövdəsi, yarpaqları, hətta toxumları belə istifadəyə yararlı olduğu üçün qədim ərəblər onu insana bərabər tuturdular. Qədim ərəblər hətta qan davalarında adam öldürmək əvəzinə xurma ağaclarını hədiyyə edər, xurma ağacını qurban deyib kəsərdilər.

Xurmanın insana bənzərliyi bununla da bitmir. Bu ağac bitsə də, meyvə vermir. Meyvə verən xurma ağacını əldə etmək üçün onun balaca tinglərini əkib becərmək lazımdır.

Xurma ağacı erkək və dişi olur. Dişi xurma ağacı erkən xurma ağacının toxumlarından tozlanaraq "hamilə qalır", 9 ay sonra onun gövdəsindən kiçik xurma pohrələnir. Bu pöhrəni ağacdan ayırıb əkirlər. Maraqlıdır ki, anasından ayrı düşmüş balaca xurma fidanları tez solur, onu mütləq şəkildə "anasının" yaxınlığında əkmək lazımdır.

0