Aİ Yunanıstan və İspaniyaya təzyiq göstərəcək

DÜNYA
13:00 / 31.08.2026
18

Sentyabrın əvvəlində İrlandiyada avropalı rəsmilərin Ukraynaya yardım məsələlərini müzakirə edəcəyi görüşlər keçiriləcək. 

HİT.az xəbər verir ki, “Politico”nun yazdığına görə, bəzi Aİ üzvləri bu tədbirlər zamanı Brüsselin təzyiqi ilə üzləşə bilər.

Nəşr məlumatı adı açıqlanmayan avropalı diplomata istinadən yayıb.

Diplomatın sözlərinə görə, Avropa İttifaqının rəhbərliyi üzv ölkələrin hərbi yardıma verdiyi töhfələrin qeyri-bərabər olmasına diqqət çəkmək niyyətindədir. Xüsusilə Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorların tədarükü məsələsinin gündəmə gətiriləcəyi gözlənilir.

“Ukraynaya interseptorların tədarükü ilə bağlı hələ əhəmiyyətli dəstək göstərməyən ölkələr, o cümlədən Yunanıstan və İspaniya, artıq bu həftə keçiriləcək görüşlərdə təzyiqlə üzləşəcəklər”, – diplomat bildirib.

Samir
 

0