100 min dollarlıq duet qalmaqalı: Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verib?

MAQAZİN
22:17 / 28.08.2026
45

Bir neçə ay əvvəl Türkiyəli müğənni Yıldız Tilbe azərbaycanlı müğənni Vəfa Şərifovaya qarşı hüquqi addımlar atacağı ilə bağlı sosial şəbəkədə paylaşım etmişdi. Bunun səbəbi isə V. Şərifovanın açıqlamasında Yıldız Tilbe ilə duet ifa etmək üçün 100 min ABŞ dolları ödədiyini, ancaq  Tilbenin pulu aldığı halda duetdən imtina etdiyini deməsi idi.

Maraqlıdır ki, bu müddət ərzində hüquqi proses nə yerdə qalıb? Tərəflər arasında məhkəmə prosesi baş tutub?

Vəfa Şərifovanın prodüseri Mikayıl Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, heç bir məhkəmə prosesi olmayıb və bu mövzuyla bağlı ətraflı danışmaq istəmir.  

“Məhkəməyə müraciət olunmayıb. Bu barədə də ətraflı məlumat vermək istəmirəm. Hər şey qaydasındadır. Tərəflər arasında danışıq olub, razılığa gəlinib. Heç bir problem yoxdur, məhkəmə söhbəti ola bilməz. “Yıldız Tilbe söhbəti” ümumiyyətlə, kökündən bağlanıb” - deyə Mikayıl Hüseynov bildirib.

0