Milli Məclisin yanında 13 milyona torpaq satılır - FOTO

İQTİSADİYYAT
10:16 / 27.04.2023
597

Bakıda 13 milyon manata torpaq sahəsi satılır.

Ölkə.Az xəbər verir ki, bu barədə məlumat elan saytlarından birində yerləşdirilib. 

Ofis, klinika və ya yaşayış binası və s. obyektlər tikmək istəyənlərə 12 750 000 AZN-ə təklif olunan 170 sotluq torpaq sahəsi paytaxtın Səbail rayonunda yerləşir.

Sövdigar Abdullayev küçəsində yerləşən torpaq sahəsi Mill Məclisin yaxınlığındadır.

1 sotu 750 min manata təklif olunan ərazinin bölünərək satılmayacağı bildirilib.

0