ABŞ-da 190-a yaxın bank çökə bilər

İQTİSADİYYAT
12:42 / 08.05.2023
522

Amerika mart ayından bəri böyük böhran yaşayər. Üç regional bank müflisləşib, digəri isə uçurumun astanasındadır. Araşdırmalara görə, 190-a qədər bank çökə bilər.

HİT.az CNN-ə istinadən xəbər verir ki, keçən həftə "First Republic Bank", 2008-ci ildə maliyyə böhranı zamanı iflas edən və ABŞ tarixində ikinci ən böyük bank iflası ilə üzləşən "Washington Mutual"dan sonra müflisləşən üçüncü bank olub.

"Silicon Valley Bank" ve "Signature Bank" mart ayında müflis olduqdan sonra ABŞ bank sisteminin kövrəkliyi ilə bağlı aparılan bir araşdırma sığortalanmamış əmanətçilərin yalnız yarısı olsa belə (sığortasız əmanətçilər öz əmanətlərinin bir hissəsini itirməyə hazır olduqları halda) daha 186 bankın müflis olmaq riski altında olduğunu üzə çıxarıb.

İqtisadçılar, "Social Science Research Network"da dərc olunan məqalədə "Bank aktivlərinin dəyərindəki son enişlər ABŞ bank sisteminin sığortalanmamış əmanətçilərin qaçmasına qarşı həssaslığını xeyli artırıb", yazıb.

“Beləliklə, bizim hesablamalarımız göstərir ki, bu banklar, şübhəsiz dövlətin əlavə müdaxiləsi və ya yenidən kapitallaşma olmadığı halda, potensial qaçış riski altındadır”, deyə iqtisadçılar bildirib.

Samir

0