"Metak" məhkəməyə verildi

İQTİSADİYYAT
20:50 / 05.06.2023
436

Plastik boru istehsalı ilə tanınan “Metak” şirkəti yenidən məhkəməlik olub.

HİT.az-ın məlumatına görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. Şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Metak” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, şirkətin təsisçisi Alik Kərimovdur.

Xatırladaq ki, ötən il də şirkət eyni qanun pozuntusuna görə məhkəməlik olub. Sözügedən ildə də işə hakim hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb.

Aydın

0