İcra Hakimiyəti "Azneft"in torpaqlarını zəbt edib?

İQTİSADİYYAT
19:07 / 05.06.2023
483

"Azneft" İstehsalat Birliyi torpaq mübahisəsinə görə İcra Hakimiyyətini məhkəməyə verib. 

HİT.az-ın məlumatına görə, "Azneft" İB-nin Qaradağ rayon İcra Hakimiyətini məhkəməyə verməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr (torpaq üzrə) torpaq münasibətləri üzrə sair mübahisələrə görədir. 

Ehtimal olunur ki, "Azneft"ə məxsus torpaqları Qaradağ rayon İcra Hakimiyəti öz ərazisi hesab edib. Sözügedən ərazi ya satılıb və icra orqanı tərəfindən müvafiq sənədlərlə təmin olunub. Bu da "Azneft" İB rəhbərliyinin məhkəməyə müraciət etməsinə gətirib çıxarıb. 

İşə hüquqi qiyməti Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyevanın sədrliyi ilə veriləcək.

Aydın

0