Nadir Qafarzadə: \"Konsert verməyə pulum yoxdur\"

12:29 / 17.08.2023
505

"Mənim solo konsert verməyə imkanım yoxdur".

Bunu Hit.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. 

"Konsert layihəsi çətindir. Yeli müğənnilər konsert verəndə ciblərindən xərcləyir, özü-özünə pul qoyur. Sarayın xərcləri, səhnə dekorasiyası, geyim, konsertin reklamı və s. Bir konsert çox baha başa gəlir. Xərci borcunu ödəmir. Bu üzdən də Azərbaycanda konsert vermək sərf etmir. Heç olmasa bilsən ki, başa-baş olacaq, yenə də gözünü yumub, konsert verərsən”, deyə müğənni bildirib.

Nadir Qafarzadə deyib ki, konsert pul gətirməyənə kimi belə bir layihəyə imza atmayacaq.

Azra

0