Amerikalı aktrisa Heyden Panettierenin qəfil ölümü sirr olaraq qalır.
HİT.az "People" nəşrinə istinadən xəbər verir ki, Qrinvil dairəsinin məhkəmə-tibb eksperti Mayk Ellis 16 avqust 2026-cı ildə 36 yaşında vəfat edən amerikalı aktrisa Heyden Panettierenin meyitinin yarılması prosesinin başa çatdığını bildirib.
“Yarılma aparılıb. Prosedur zamanı ölümə səbəb ola biləcək hər hansı xəsarət əlaməti aşkarlanmayıb”, deyə məhkəmə-tibb ekspertinin açıqlamasında bildirilib
O əlavə edib ki, ölümün səbəbi və şəraiti hələ müəyyənləşdirilir. Araşdırma davam edir və əlavə müayinələrin nəticələri gözlənilir. Hazırda istintaqın başqa təfərrüatlar təqdim edə bilmədiyi vurğulanıb.
Açıqlamada 16 avqustda yerli vaxtla təxminən saat 13:51-də 911 xidmətinə edilən zəngdən sonra baş verənlər də təsvir olunub:
“Təcili yardım əməkdaşları və tibbi briqadalar hadisə yerinə gəlib və ürəyi dayanmış vəziyyətdə olan bir qadın aşkar ediblər. Tibb işçiləri genişləndirilmiş reanimasiya tədbirlərinə başlayıblar, lakin onu xilas etmək mümkün olmayıb. Saat 14:32-də qadının öldüyü elan edilib”.
Aktrisa müvəqqəti yaşadığı evdə huşsuz vəziyyətdə aşkarlanıb.
Samir


