Məşhur model nişanlandı

MAQAZİN
12:53 / 12.08.2026
40

“Victoria’s Secret”in “mələyi”, model Alessandra Ambrosio iki illik münasibətdən sonra sevgilisi Bak Palmerlə ailə qurmağa hazırlaşır. 

HİT.az xəbər verir ki, məşhur model bu barədə “Instagram” hesabında fotolar paylaşıb.

Bak Palmer İndoneziyada istirahət zamanı Alessandra Ambrosiaya evlilik təklifi edib. Cütlük üzərinə qızılgül ləçəklərindən ürək düzəldilmiş çimərlikdə dayanıb. Model kiçik bikini geyinib, zərgərlik dizayneri isə qara üzgüçülük şortu ilə görüntülənib.

“Bu həyatda və bundan sonrakı hər bir həyatda səni seçərdim. Əbədiliyimizə, sevgilim”, deyə model paylaşımını belə şərh edib.

“Victoria’s Secret”in “mələyi” daha əvvəl biznesmen Ceymi Mazurla evli olub. Cütlük 2018-ci ildə dost münasibətlərini qoruyaraq ayrılıb. Onların bu nikahdan Anya Luiza və Noa Feniks adlı iki övladı dünyaya gəlib. Model övladları ilə tez-tez dünyanın müxtəlif ölkələrinə səyahət edir.

Alessandra Ambrosio amerikalı alt paltarı brendi “Victoria’s Secret” ilə əməkdaşlığı sayəsində supermodel kimi karyera qurub. Hazırda məşhur model “Next”, “Armani Exchange”, “Christian Dior” və “Ralph Lauren” kimi brendlərin simasıdır.

Samir
 

0