Pentaqon: "ABŞ Ukrayna üçün sehrli çubuğu yoxdur"

DÜNYA
10:00 / 21.11.2023
292

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Volodimir Zelenskiyə xəbərdarlıq edib ki, ölkəsinin Rusiya ilə münaqişədə Ukrayna ordusuna kömək edəcək "sehrli çubuğ"u yoxdur. 

HİT.az xəbər verir ki, bu barədə strana.ua nəşri məlumat yayıb.

"Belə bir münaqişədə sehrli çubuq ola biləcək silah yoxdur", deyə Pentaqonun rəhbəri bildirib.

Ostin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğuru onların Qərbin verdiyi müxtəlif növ silahlardan istifadə etmək bacarığından asılıdır. Pentaqon rəhbərinin sözlərinə görə, cəbhədə sərt və yorucu mübarizə gedir.

Ostin həmçinin bəyan edib ki, Ukraynadakı döyüşlərdə önəmli olan Kiyevə hansı silahların verildiyi deyil, onların necə istifadə olunduğu və silahlı qüvvələrə inteqrasiya olunmasıdır.

Qeyd edək ki, Kiyevə səfəri zamanı Pentaqonun rəhbəri ABŞ-ın Ukraynaya 100 milyon dollar dəyərində daha bir hərbi yardım tranşı verəcəyini açıqlayıb.

Samir

0