Keçmiş kansler: "Ukrayna münaqişəsindən ən çox Çin faydalanır"

DÜNYA
13:12 / 05.04.2024
177

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Ukrayna münaqişəsinin diplomatik və sülh yolu ilə həlli yollarının axtarılmasının vacibliyini bəyan edib. 

HİT.az xəbər verir ki, keçmiş kansler bu barədə "Süddeutsche Zeitung"a müsahibəsində danışıb.

Keçmiş kansler partiya yoldaşı, parlamentdəki SPD fraksiyasının lideri Rolf Mützeniçin Ukrayna münaqişəsinin dondurulması zərurəti ilə bağlı təklifini müsbət adlandırıb: 

"Müharibəni tamamlamaq üçün variantları nəzərdən keçirməyin vaxtı çatıb", deyə Şröder Ukrayna münaqişəsi haqqında danışarkən vurğulayıb.

O, diqqəti Ukrayna böhranından ən bariz faydalananlardan birinin Çin olduğuna yönəldib. Şröderə görə, Pekin dünyada münaqişədən ən çox siyasi təsirini gücləndirmək baxımından faydalanır. Bu baxımdan, Almaniyanın keçmiş kansleri qeyd edib ki, Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması təşəbbüsü daha da aktuallaşır.

Bununla bağlı o, yenidən Fransa və Almaniya hakimiyyətini Ukrayna böhranının diplomatik yolla həlli üçün təşəbbüs hazırlamağa çağırıb.

Qeyd edək ki, Almaniya Sosial Demokrat Partiyasından olan Şröder 1998-2005-ci illərdə kansler vəzifəsini tutub.

Samir

0