Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı öldü

ÖLKƏ
11:09 / 12.05.2020
1738

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Hit.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib.

O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0