Avtomobil kirayəsi nə üçün bahadır?

AVTO
13:40 / 24.07.2026
171

Paytaxtda avtomobil icarəsi artıq yalnız müəyyən bir qrupun istifadə etdiyi xidmət hesab olunmur. 

Son dövrlərdə bu sahəyə marağın artması bazarın genişlənməsinə və yeni şirkətlərin fəaliyyətə başlamasına səbəb olub. Bir vaxtlar əsas müştəri kütləsini ölkəyə səfər edən əcnəbilər təşkil edirdisə, indi vəziyyət dəyişib. Müxtəlif səbəblərlə avtomobil kirayələyən yerli sakinlərin sayı da getdikcə artır.

Hazırda bu xidmətdən adətən fərqli avtomobil idarə etmək istəyən gənclər, toy karvanı üçün xüsusi nəqliyyat axtaran ailələr, eləcə də qısamüddətli ehtiyacını ödəmək istəyən vətəndaşlar geniş şəkildə yararlanırlar. Bu tendensiya kirayə avtomobil bazarının əvvəlki illərlə müqayisədə daha dinamik inkişaf etdiyini göstərir. 

Maraqlıdır, avtomobillərin kirayəsi nə üçün bahadır? Ümumiyyətlə, bu qiymətlər necə müəyyən olunur?

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, bu, bazardakı rəqabətin səviyyəsindən asılıdır: 


“Avtomobil kirayəsi biznesi ölkəmizdə hələ geniş yayılmadığından bu sahədə rəqabət də zəifdir. Rəqabətin zəif olması qiymətlərin yüksək qalmasına səbəb olur. Bununla yanaşı, təmir, amortizasiya və digər əməliyyat xərcləri də kirayə qiymətlərinə təsir göstərir. Bu fəaliyyətlə həm şirkətlər, həm də fiziki şəxslər məşğul olurlar. Nəzərə almaq lazımdır ki, ölkəmizdə avtomobillərin alış qiyməti də yüksəkdir və bu amil də kirayə tariflərinə birbaşa təsir edir”.

Günel Cəlilova

0