Dünyaca məşhur müğənni Keti Perri Azərbaycana gələcək.
Hit.az xəbər verir ki, o, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026-nın əyləncə proqramı və yarışın 10 illik yubileyi çərçivəsində paytaxtımızda çıxış edəcək.
Super star 25 sentyabr 2026-cı ildə Bakıda konsert verəcək. Konsert Bakı Kristal Zalında keçiriləcək. Bilet qiymətləri isə 75 manatdan 250 manata qədərdur. Keti Perri “Firework”, “Roar” və “Dark Horse” kimi sevilən hitlərini, eləcə də digər mahnılarını ölkəmizdə canlı ifa edəcək.
Pərviz

