Şahbazov OPEK-in iclasına qatılacaq

İQTİSADİYYAT
18:17 / 06.06.2020
1022

İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEK, 18:00-da isə OPEK+ ölkələri nazirlərinin videokonfrans formatında iclasları keçiriləcək.

Energetika Nazirliyindən Hit.Az-a bildirilib ki, OPEK və qeyri-OPEK ölkələri nazirlərinin iclasında Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

İclasda qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin OPEK+ üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

1