2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 1 milyon 805 min 660 dollar dəyərində 128.88 ton qablaşdırılmış it və pişik yemi ixrac edilib.
Oxu.Az gömrük statistikasına əsasən xəbər verir ki, hesabat dövründə bu məhsulların ixrac edildiyi yeganə ölkə ABŞ olub.
İxracın həcmi və dəyəri əsasında hesabladıqda, göndərilən yemlərin bir kiloqramının orta ixrac dəyəri 14.01 dollar təşkil edib.
Eyni dövrdə Azərbaycan xaricdən də it və pişik yemi alıb. Ölkəyə ümumilikdə 14 milyon 609 min 630 dollar dəyərində 8 350.2 ton belə məhsul gətirilib.
Ən böyük tədarükçü Rusiya olub. Bu ölkədən 5 milyon 640 min 600 dollarlıq 3 min 398.74 ton yem idxal edilib. İkinci yerdə Türkiyə qərarlaşıb. Bu ölkədən gətirilən 2 min 175.34 ton məhsulun dəyəri 2 milyon 712 min 150 dollar təşkil edib.
İdxal olunan qablaşdırılmış it və pişik yemlərinin miqdar üzrə 66.8 faizi Rusiya və Türkiyənin payına düşüb.


