Ronaldonun 1,5 milyon avroluq villası - FOTO

İDMAN
09:40 / 07.06.2020
1476

Dünyada ilk milyarder futbolçu olan "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun ötən il özünə İspaniyanın Marbelya şəhərində villa aldığı məlum olub.

Britaniya mətbuatı xəbər verir ki, dörd yataq otağı, LED giriş yolları, idman zalı, kinoteatr otağı və hovuzu olan villa üçün portuqaliyalı oyunçu 1,5 milyon avro ödəyib. Aralıq dənizi mənzərəsi olan bu villanın Marbelyanın La Resina Golf klubunun yanında yerləşdiyi vurğulanıb.
Ronaldonun qonşularından birinci UFC döyüşçüsü Konor Makqreqor olduğu buldirilib.

0
Qol.az