Nəzarətsiz yollarla sərt karantin rejimindən yayınan sürücülər - VİDEO

ÖLKƏ
11:23 / 14.06.2020
1660

Paytaxtdan çıxışda tıxacın uzunluğu kilometrlərlədir və sürücülər dağlı-daşlı nəzarətsiz yollardan istifadə edirlər.


YPX.AZ xəbər verir ki, paytaxt Bakıdan çıxışda qurulan yoxlama-buraxılma postuna qədər məsafə 15 kilometri aşıb.


Sürücülər bundan istifadə edərək dağlı-daşlı yollardan istifadə edərək gizli yollarla paytaxtda tətbiq olunacaq sərt karantin rejimindən və yoxlama-buraxılma postlarındakı yoxlamalardan yayınmağa çalışırlar.


Məsələnin maraqlı tərəfi isə bu kimi yolların nəzarətsiz qalması və sürücülərin rahatlıqla bundan istifadə etməyə çalışmalarıdır.
Sözügedən hadisə ilə bağlı əldə etdiyimiz görüntüləri sizlərə təqdim edirik:

1