"Barselona" oyunlara çıxmaqdan imtina edə bilər

İDMAN
10:27 / 27.04.2020
1395

"Barselona" koronavirusa yoluxub-yoluxmayacağına dair şübhələri olan futbolçularını oynamağa məcbur etməyəcək.

Fanat.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, mövsüm bərpa olunsa belə, "Barselona" oyunlarda iştirakdan imtina edə bilər. Katalon klubunun rəsmiləri hökumət təhlükəsizliyi tam təmin etmədiyi müddətcə matçlara çıxmağın riskli olduğunu düşünür. "Blauqrana"nın tibb işçiləri də koronavirusun hələ də təhlükəli olduğunu bəyan ediblər.

Daha əvvəl La Liqa prezidenti Xavyer Tebas oyunlara çıxmaqdan imtina edən klublara texniki məğlubiyyət veriləcəyini qeyd etmişdi.

Liqa rəhbərliyi "Barselona"nın mövqeyini dəstəkləmir. Lakin "katalonlar"ın rəsmi açıqlamasını gözləyən və onları dəstəkləməyə hazır olan daha 6 klub var. Belə olan halda, Tebas və komandası fərqli addım atmaq məcburiyyətində qala da bilər.

0