"Sabah" Azərbaycan Kubokunu da qazandı

İDMAN
21:56 / 13.05.2026
57

Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

 

Hit.az xəbər verir ki, həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gəlib. Matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Valdas Dambrauskasın komandası ölkə kubokunu da qazanmaqla "qızıl dubl" edib.

 

 

Xatırladaq ki, "Sabah" tarixində ikinci dəfə ölkə kubokunu qazanıb. “Zirə” isə artıq üçüncü dəfədir ki, finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.

 

13 may (çərşənbə)

20:00. “Sabah” - “Zirə” - 2:1

Qol: Eren Aydın, 4 (0:1), Patrik Mbina, 70 (1:1), Coy Lens Mikels, 90+2 (2:1)

0