Ağdərənin ermənilər tərəfindən işğalından 27 il keçir

09:24 / 07.07.2020
1036

Bu gün Ağdərə rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir.

İşğaldan əvvəl Ağdərənin ərazisi 1705 km², əhalisi 44,4 min nəfər olub.

Ağdərənin rayon tipli iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 27 məktəbəqədər qəsəbə, 7 xəstəxana, 1 texniki peşə məktəbi işğal altında qalıb. Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Əsas çayları Tərtər və Xaçındır.

Hazırda Ağdərə rayonunun məcburi köçkünləri Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Onlar dövlətin qayğısı ilə əhatə olunublar.

0