Sabiq nazirin həyat yoldaşı da vəfat etdi

ÖLKƏ
11:48 / 13.07.2020
1407

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “İmproteks Şirkətlər Qrupu”nun rəhbəri Füzuli Ələkbərova növbəti ağır itki üz verib.

Yenicag.az xəbər verir ki, F.Ələkbərovun anası Rubiyyə Ələkbərovadan sonra, həyat yoldaşı İradə Ələkbərova da dünyasını dəyişib.

“Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi”, məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

0
Report.Az