Xərçəng xəstəliyi niyə artır?

SAĞLAMLIQ
19:31 / 22.05.2024
367

Azərbaycanda xərçəng xəstələrinin sayı sürətlə artır.

Ötən il Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı 8 305 nəfər olub, onun da 1 121-i süd vəzisi xərçənginin payına düşüb. Ölənlərin 30 %-i 0-39 yaş aralığında olanlardır. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında qeyd edib ki, bu xəstəlik bütün dünyada artmaqdadır: 

"Əslində bu bütün dünya əhalisinin çoxalması, ekoloji problemlər, qidalanma, insanların həyat tərzlərinin, adətlərinin dəyişməsi və s. ilə bağlıdır. Ona görə də bu məsələyə qlobal bir problem kimi yanaşılmalıdır. Əlbəttə ki, hər bir ölkə özünün təhlükəsizlik və genofondun qorunması məqsədilə müvafiq addımlar atmalıdır. Məsələ budur ki, bu gün bütün dünyada konservləşmiş qidaların, fast-foodların istifadəsi insanların çəkisini artırır. Həddən artıq çəkiyə malik olmaq isə ürək üçün böyük riskdir. Həmçinin , maddələr mübadiləsi pozulur.  Çox qidalanma, keyfiyyətsiz qidalanma, qidalarda, fast-foodlarda həddən artıq xüsusi konseregen maddələrin olması, bundan başqa, insanların az hərəkət etməsi bu xəstəliyin əsasını təşkil edir. Zərərli vərdişlər, alkoqollu içkilər, siqaret bu gün dünyada artan statistikanı göstərir".

Sevinc

0