SƏNƏT
13:07 / 10.09.2022
937

Alim Qasımov həyat yoldaşından danışdı - VİDEO

"Onun qəlbini oğurlamışam. 8-ci sinfə qədər bir yerdə oxumuşuq. Savadlı idi, mən isə 2-3 alırdım. Mənə yuxarıdan aşağı baxırdı. Dedim ki, necə ola bilər mənə baxmasın? Onu oğurlayacam və götürdüm qaçdım. Böyük qardaşları var idi, tutsalar, öldürəcəkdilər".

HİT.az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov "O kimdir" layihəsində deyib. Xanəndə həyat yoldaşı Tamilla xanımdan danışıb. O bildirib ki, həyat yoldaşını 20 yaşı olanda qaçırdıb:

"20 yaşım heç tamam deyildi. Ailədə dedilər ki, bakılıdırlar, müasirdirlər, imkanları bizdən yaxşıdır. Bizə uyğun deyillər. Amma ailəmə söz verdim və qaçırtdım. İllər ötdükcə gördüm ki, bu, nə mənim, nə onun işidir. Allahın qismətiymiş ki, biz həyatı qoşa davam edək".

Qasımov verilişlərə getmək üçün telekanal rəhbərlərindən qonorar istədiyini söyləyib:

"Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır".

2