Türkiyənin “ATV” telekanalının yüksək reytinqli seriallarından “Altı Üstü İstanbul”un heyətinə daha bir məşhur qatılıb.
Hit.az xəbər verir ki, sevilən aktrisa Didem Balçın da ekran işində çəkiləcək.
O, layihədə “Gültən” obrazına həyat verəcək. Qeyd edək ki, 44 yaşlı aktrisa karyerası ərzində “Gönülçelen”, “Dila Hanım”, “Diriliş Ertuğrul” və “Kuruluş Osman” kimi seriallarda çəkilib. Onun ən sevilən obrazı isə “Çakallarla Dans” filmlərində canlandırdığı “Fatma” obrazı olub.
Pərviz



