Türkiyədə serial sektorundakı böhran daha da dərinləşib.
Hit.az xəbər verir ki, oktyabr ayında son 30 ilin əsas ən aşağı reklam gəliri əldə olunub.
Nəticədə, kanallar zərəri artdığı üçün radikal addımlar atmağa başlayıb. Bu həftədən etibarən matç və özəl günlərdə serialların yeni bölümlərinin yayımlanmamasına qərar verilib. Ardınca yeni qaydalar da gündəmdədir.
Belə ki, dünən keçirilən iclasdan sonra telekanallar ən böyük gəlir mənbələri olan serial prodüserlərindən 25 faizlik güzəşt istəyiblər. Həmçinin, bölümlərin 140 dəqiqədən 110 dəqiqəyə endirilməsi də müzakirə olunur. Bununla da bölümün sonundakı 12 dəqiqəlik reklam blokunun ləğv olunması düşünülür. Əgər bu qaydalar tətbiq olunarsa, bölümləri vaxtında çatdırmaq üçün çalışan ikinci çəkiliş qrupları işlədilməyəcək.
Bundan başqa, aktyor və aktrisalara verilən astronomik maaşlar da endiriləcək. Daha dəqiq desək, bundan sonra 5 milyon lirəyə qədər çatan qonorarları artıq ödənilməyəcək. Məvacibini azaltmayan sənətçilərlə isə çalışılmaması nəzərdə tutulur.
Pərviz


