Türkiyəli məşhur aktrisa Itır Esenin yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, “Yeşilçam”ın unudulmaz aktrisası “Şaban oğlu Şaban oğlu Şaban” filmində çəkiləcək.
O, iddialı layihədə “Asalet” obrazına həyat verəcək. Filmin çəkilişlərinə 5 noyabrda start veriləcək. “Arzu Film” və “Poll Films”in birgə ərsəyə gətirəcəyi filmin rejissoru isə Can Ulkay olacaq.
Qeyd edək ki, adıçəkilən filmdə Ali Sunal, Erdal Özyağçılar və Rüştü Onur Atilla kimi məşhurlar da çəkiləcək.
Pərviz


