SƏNƏT
16:38 / 24.01.2023
344

Park Cinema-da “Evdə qalmış” filmi nümayiş olunacaq

Romantik komediya janrında çəkilən “Evdə qalmış” filmi 9 fevraldan “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin təqidi ilə 30 yaşlarına çatmadan evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də təsadüfi hadisələr onları bir-biri ilə qarşılaşdırır. Onlar 30 yaşlarını subay yoxsa evli kimi keçirəcəklər? “Evdə qalmış” sözündən canlarını qurtarmaq üçün seçdikləri yol onların həyatını necə dəyişəcək?

Filmdə Kəmalə Piriyeva, Şəhriyar Əbilov, xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.
Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Filmi izləmək istəyənlər biletləri Park Cinema kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərlər.

0