ARB TV-də yeni layihə: Həyat sənəti - VİDEO

MƏDƏNİYYƏT
12:53 / 12.04.2023
907

ARB TV yeni və maraqlı layihəyə başlayır.

HİT.az xəbər verir ki, layihə "Həyat sənəti" adlanacaq.

Yeni layihədə fərqli peşə adamları, sənətkarlarla yanaşı, günlük işini sənətə çevirənlər, onların həyatı və sənət tutquları diqqətə gətiriləcək. Bu peşələrdən bir çoxu ya unudulmaqdadır, ya da davamçıları getdikcə azalır. Amma hələ də həyatını bu peşələrə həsr edənlər varsa, deməli onların maraqlı hekayələri də olmalıdır. Yeni proqram məhz bu hekayələri bizə çatdırmağa çalışacaq.

Qeyd edək ki, yeni layihə 14 apreldən etibarən, hər cümə, saat 21:15-də efirə gedəcək.

0