Rafiq Tağı haqqında ilk sənədli film ATV-də yayımlacanaq - VİDEO

MƏDƏNİYYƏT
15:00 / 16.08.2023
584

Mərhum yazıçı-publisist Rafiq Tağıya həsr olunmuş sənədli film ATV-də yayımlacanaq.

HİT.az xəbər veirr ki, Sevinc Çılğının müəllifi olduğu "Ədib təbib Rafiq Tağı" adlı ekran işi avqustun 19-da, saat 23.00-da efirə gedəcək.

Qeyd edək ki, filmdə yazıçının ailə üzvləri, dostları və tanınmış yazıçılar çıxış edib, onunla bağlı xatirələrini danışıblar.

Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində terrora məruz qalıb. Həmin gün axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında ona sui-qəsdə edilib. Qatil yazıçının kürəyindən çoxsaylı bıçaq zərbələri endirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rafiq Tağı 23 noyabr 2011-ci il tarixdə vəfat edib.

 

0