\"Kurtlar Vadisi\" yenidən çəkiləcək? - CAVAB

18:37 / 15.02.2024
1503

Son günlərdə Türkiyə televiziya tarixinə damğa vuran "Kurtlar Vadisi" serialının yenidən çəkiləcəyi barədə iddialar sürətlə yayılıb.

Hit.az xəbər verir ki, unudulmaz serialın yayımlanacağı barədə xəbərlər də tirajlanmağa başlayıb.

Hətta layihənin "Kurtlar Vadisi Kaos" adı ilə Acun Ilıcalının sahibi olduğu "Exxen" platformasında yayımlanacağı deyilir. Bu iddia isə öz növbəsində sosial şəbəkələrdə böyük əks-səda doğurub. Serialın izləyiciləri artıq layihənin yenidən ekranlara qayıdacağına inanmağa başlayıblar. 

Bəs deyilənlər nə dərəcədə doğrudur? "Kurtlar Vadisi" həqiqətən "Exxen"də yayımlanacaq? 

"Pana Film" və "Exxen"dəki mənbələr Hit.az-a bildiriblər ki, sosial şəbəkələrdə yayımlanan iddialar həqiqəti əks etdirmir. Aldığımız məlumata əsasən, tərəflər arasında hər hansısa bir görüş də keçirilməyib. 

Görünür, hər ildə olduğu kimi yenə də kimlərsə "Kurtlar Vadisi"nin yenidən başlayacağına dair əsassız iddialar ortaya atmaqla reytinq yığmağa çalışırlar. Unutmayın ki, hər il ən azı 4-5 dəfə bənzər iddialar gündəmə gətirilir. "Kurtlar Vadisi"nin hər dəfə fərqli kanalda başlayacağına dair xəbərlər tirajlanır. 

Lakin bunun yalan olduğu qısa müddət sonra ortaya çıxır. Düzdür, dünya miqyasında "Kurtlar Vadisi"nin yenidən başlamasını gözləyən milyonlarla insan var. Amma təəssüf ki, hazırda bu məsələ gündəmdə deyil. 

Pərviz

0