Ramiz Novruzun oğlu: \"Anam hər gün ağlayır\"

12:52 / 21.02.2024
489

Bu gün Xalq artisti, mərhum aktyor Ramiz Novruzun anım günüdür.

Atyorun oğlu Cavidan Novruz Hit.az-a açıqlamasında atasının məzarının ziyarət olunduğunu vurğulayıb:

"Hazırda Heydər Məscidindəyik, il mərasimi ilə bağlı ehsan süfrəsi açılıb. Ramiz müəllimi sevənlərin hər biri yasda iştirak edir. Atam bir ildir aramızda yoxdur. Onun yoxluğu əzizləri tərəfindən hər zaman hiss edilir".

Cavidan Novruz deyib ki, bir ildə atası hər gün yad edilib:

"Anam hər gün ağlayır. Bu bir ildə anamın gözünün yaşı qurumayıb".

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra 2023-cü il fevralın 21-də dünyasını dəyişib.

Azra

0