Xalq artistinin yaradıcılıq gecəsində kimlər iştirak edəcək?

MƏDƏNİYYƏT
12:42 / 22.02.2024
405

Xalq artisti Arif Babayevin yaradıcılıq gecəsi keçiriləcək.

Hit.az xəbər verir ki, "Arif Babayevin Muğam Dünyası" adlı gecədə xanəndədən muğam dərsi alan sənət adamları bir araya gələcək. 

Xalq artistləri Mələkxanım Eyyubova, Zabit Nəbizadə, Könül Xasıyeva Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Cabir Abdullayev, Nuriyyə Hüseynova, Firuz Səxavət, Elnarə Abdullayeva, Ehtiram Hüseynov, Könül Kərimova, Sevinc Sarıyeva, Babək Niftəliyev, Fərqanə Qasımova, Elnur Zeynalov və xanəndə Vüqar Əliyev  Arif Babayevin ida etdiyi mahnıları və muğamları səsləndirəcəklər.

Konsert proqramı martın 16-da Heydər Əliyev Sarayında baş tutacaq.

Azra 

0