\"Toyla efiri qarışıq salıblar\" - Xalq artisti

15:17 / 19.04.2024
607

“Bir çox müğənnilər toyla efirin yerini səhv salıblar. Toyda oxunan mahnıları efirə çıxarmaq olmaz. Telekanallar pul alıb, kimi gəldi efirə buraxırlar, o da toyda oxuyacağı mahnıları tanıtdırmaq, reklam eləmək üçün pulunu verib, bildiyini oxuyur. Bu mahnıların nə qədər bəsit, anlaşılmaz olduğunu  deməyə gərək varmı? Mahnı deyil, biabırçılıqdır. Nə bəstəkarı bəllidir, nə sözləri sözdür. Boş boşuna naynananay”.

Bu fikirləri Hit.az-a Xalq artisti Gülyaz Məmmədova səsləndirib:

“Gərək böyük sənətkarlar, xalq artistləri bu problemi dilə gətirsinlər, deyək, qarşısını alaq. Nə bəzi aparıcılar  danışıqlarını bilirlər, nə oxuyanların nə oxuduğu bəllidir. Şou yaratmaq adıyla təqdim olunan proqramların bir çoxuna insan ailəsi ilə oturub baxmağa utanır. Sənət bu deyil, həm incəsənətimizi, həm mənəviyyatımızı məhv edirlər. Həm də göz görə- görə”,- deyə o qeyd edib.

Murad

0