Ali Sunal “Şaban” rolunu oynayacaq

MƏDƏNİYYƏT
10:00 / 11.09.2026
200

Türkiyənin əfsanəvi filmlərindən olan “Şaban oğlu Şaban” filminin davamı çəkilir.

Hit.az xəbər verir ki, “Poll Films” və “Arzu Film”in birgə ərsəyə gətirəcəyi filmin çəkilişlərinə bu ayın sonu başlanılacaq.

Filmin baş rolunda isə əfsanəvi aktyor Kemal Sunalın oğlu Ali Sunal çəkiləcək. O, da “Şaban” obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Yeni filmin adı isə “Şabanoğlu Şabanoğlu Şaban” olacaq. Digər aktyor və aktrisa axtarışları davam edir.

Xatırladaq ki, "Şaban oğlu Şaban" filmi 1977-ci ildə çəkilib.

Pərviz

0