Türkiyənin “Now TV” telekanalının iddialı serialı “Yeraltı” heyətini gücləndirməyə davam edir.
Hit.az xəbər verir ki, tanınmış aktyor Hakan Dinçkol da ekran işində çəkiləcək.

O, layihədə yeni qurulacaq konseydə yer alacaq. Qeyd edək ki, sənətçi karyerası ərzində “Savaşçı”, “Yargı”, “Babil”, “Öğretmen” və “Halef” kimi yüksək reytinqli seriallarda rol alıb.
Pərviz


