Rusiyalı məşhur müğənni Milana Star Azərbaycana gələcək.
Hit.az xəbər verir ki, ifaçı paytaxtımızda konsert verəcək.
Sözügedən konsert 22 noyabrda Heydər Əliyev Sarayında baş tutacaq. Tədbirin başlama vaxtı isə 13:00-dur. Bu, sənətçinin 10-cu solo konserti olacaq. Pop ulduz “Mən Milana” adlanan yubiley konserti ilə ölkəmizdəki pərəstişkarları qarşısında sevilən mahnılarını canlı ifa edəcək. Bilet qiymətləri 25 manatdan 160 manata qədərdir.
Pərviz


